WhatsApp istifadəçilərin alış-veriş təcrübəsini yaxşılaşdıracaq yeni funksiya üzərində işləyir. Flows adlanan bu funksiya istifadəçilərə WhatsApp vasitəsi ilə avtobus oturacağı seçimi kimi daha konkret alış-veriş etmək imkanı verəcək.



Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Meta-nın məşhur ani mesajlaşma proqramı WhatsApp "Flows" adlı yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. “WhatsApp” vasitəsilə istifadəçilərin alış-veriş təcrübəsini yaxşılaşdırmağa diqqət yetirən Flows, təyyarə səfəri zamanı yer seçimi və ya bir iş yerində görüş təyin etmək kimi əməliyyatlara imkan verəcək. İstifadəçilər WhatsApp-dan çıxmadan bir çox işlərin öhdəsindən gələ biləcəklər.


WhatsApp komandası Flows funksiyası üçün dəstək səhifəsi yaradıb. Bu dəstək səhifəsinə baxdığımızda görürük ki, Flows-un qeyd etdiklərimizə əlavə olaraq hesablara daxil olmaq, maraq doğuran məhsulu fərdiləşdirmək, tez forma doldurmaq və təqdim etmək, tədbirlərə qeydiyyatdan keçmə kimi xüsusiyyətlər də var. Ancaq bütün bunların necə istifadə oluna biləcəyi hələlik çox sirr olaraq qalır.



Paylaşılan skrinşot Zoomture adlı şirkətlə söhbəti göstərir. İstifadəçi bu şirkət vasitəsilə səfər üçün görüş təyin edir. Hətta bu təyinat üçün istifadə olunacaq nəqliyyat vasitəsində oturacaq seçmək də mümkün olduğunu görürük. Bu xüsusiyyət istifadəçilərin xarici veb-saytlara ehtiyacını aradan qaldırır. Bir müddətdir alış-veriş sənayesi üçün əhəmiyyətli işlər görən WhatsApp, Flows ilə bunlara bir yenisini əlavə edəcək.


Meta tərəfindən edilən açıqlamalarda, Flows-un hazırda Braziliya və Hindistandakı bəzi müəssisələr üçün sınaqdan keçirilə biləcəyi açıqlandı. Sınaq mərhələsi başa çatdıqdan sonra bütün dünya üzrə bütün müəssisələr və istifadəçilər Flows funksiyasından istifadə etməyə başlayacaqlar. Həmin günlər gələndə funksiyanın nə qədər təsirli olduğunu görəcəyik.