Adı hələ də ürəyimizdə Twitter olan X sosial platforması tezliklə hər kəs üçün ödənişli ola bilər. Təəssüf ki, bunu biz deyil, İlon Maskın özü deyir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İlon Mask sosial şəbəkənin artıq pulsuz sayt olamaması fikrini irəli sürdü. Bazar ertəsi günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə canlı yayımda danışan Mask, X sistemindən istifadə üçün aylıq ödənişlərə keçdiyini söylədi. O, platformada bot istifadəçilərinin problemini həll etmək üçün belə bir dəyişikliyin zəruri olacağını təklif edib.


Mask yeni abunə haqqının nə qədər olacağını açıqlamasa da, bunu "aşağı məbləğ" olaraq xarakterizə edib. Yəni istifadəçilərdən ancaq nominal ödəniş alına bilər, təbii ki, bunun ölkəmizdə necə əks olunacağı məlum deyil.


Canlı yayım zamanı Mask X üçün bəzi yeni ölçüləri də açıqladı və indi onun gündə 100 milyondan 200 milyona qədər yazı yaradan 550 milyon aylıq istifadəçisi olduğunu söylədi. Mask şirkətin aylıq istifadəçilərinin neçəsinin bot, neçəsinin isə real olduğunu dəqiqləşdirməyib.


Maskın belə bir yolu tutması təəccüblü deyil, çünki o, uzun müddətdir ki, Twitter-də botlarla müharibə aparır. Əslində platformanın satışı zamanı o, Twitter rəhbərliyindən botlar haqqında əlavə məlumat istəyib və bu məlumat verilməyəndə satışla bağlı problemlər yaranıb. Bu problem sonradan həll edilsə də, platformanı botlardan təmizləmək Maskın fikrində idi və bunun həlli gec-tez tapılacaqdı.


Mask bu dəyişikliyin nə vaxt baş verəcəyini açıqlamayıb. Bununla belə, şirkət bir müddətdir ki, istifadəçilərini ödənişli abunə məhsulu X Premium-a abunə olmağa təşviq etmək üçün bir çox yeniləmələr edir. X nə qədər ödənişli abunəçisi olduğunu açıqlamasa da, müstəqil araşdırmalar göstərir ki, X Premium X istifadəçilərinin əksəriyyətini cəlb etmir.