Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan ölkələri ilə birgə investisiya imkanları barədə müzakirə aparıb.


Facemark.az "Report"a istinadən xəbər verir ki, müzakirələr İstanbulda Dünya Türk Biznes Şurasının (DTİK) 10-cu Qurultayının açılış mərasimi çərçivəsində “Türk Dövlətləri Təşkilatı ilə 5 Dövlət 1 Diaspor” sessiyası zamanı aparılıb.


Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin rəsmilərinin, biznes dairələri və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə həmçinin iqtisadi əməkdaşlıq, təşkilata üzv ölkələrin diaspor təşkilatları arasında tərəfdaşlığın genişləndirilməsi barədə müzakirə aparılıb.


Sessiyada iştirak edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkəmizdə əlverişli işgüzar mühit, özəl sektorun inkişafı, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, sualları cavablandırıb.