Texnologiya nəhəngi Apple, yaxın zamanda edəcəyi əhəmiyyətli lansman səbəbiylə tez-tez gündəmimizdədir. Maraqlı yeni detallar macOS Sonoma əməliyyat sisteminin buraxılış tarixinin çox da uzaq olmadığını göstərir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Apple tərəfindən macOS üçün yayımlanan ən son yeniləmələrin tarixlərinə nəzər saldıqda texnologiya nəhənginin ümumiyyətlə oktyabr və ya noyabr aylarına üstünlük verdiyini görə bilərik. Ancaq son söz-söhbətlər yeniləmənin sentyabr ayında çıxacağını göstərir.
Apple tərəfindən macOS Sonoma üçün buraxılmış ən son yeniləmənin quruluş nömrəsi 'a' hərfi ilə bitir. Bu, əməliyyat sisteminin beta yeniləmələrinin çox yaxınlarda tamamlandığını göstərib.
2018-ci ildə buraxılmış macOS Mojave versiyası sentyabr ayında “a” hərfi ilə bitən quruluş nömrəsi ilə son yeniləmədən sonra istifadəçi təcrübəsinə təqdim edildi. Bənzər bir vəziyyətin Sonoma üçün etibarlı ola biləcəyi daha güclü təxminlər arasındadır.
Apple-ın sentyabr ayında təqdim etməyi planlaşdırdığı digər yeniləmələrə iOS 17, iPadOS 17, watchOS 10, tvOS 17 və HomePod 17 daxildir. Sonoma yeniləməsinin bu seriyaya daxil olması ehtimalı güclü olsa da, onun oktyabr ayına qədər təxirə salınma ehtimalının da olduğunu qeyd etməliyik.
Bu məsələ haqqında nə düşünürsünüz? Sizcə, macOS yeniləməsi bu ay istifadəçi təcrübəsinə təqdim edilə bilərmi? Fikir və proqnozlarınızı şərh bölməsində bizimlə bölüşə bilərsiniz.