Google istifadəçilərə həyatlarını asanlaşdıran texnologiyaları xatırlatmaq üçün 24 qısametrajlı film təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Google Creative Lab və Google Brand Studio, Stink Studios reklam agentliyi ilə əməkdaşlıq edərək, Google-un gündəlik həyatdakı yerini vurğulayan yeni bir kampaniya başlatdı. Kampaniya Google-un insanlara musiqi və təsvirin tanınması texnologiyaları ilə dünyanı kəşf etməsinə necə kömək etdiyini nümayiş etdirir.


Dünya haqqında kəşf ediləcək çox şey var. Çoxumuz bunu bir neçə kliklə etməyə öyrəşmiş olsaq da, Google daha çox yayılmaq istəyir.
Bu məqsədlə yaradılan 24 qısametrajlı filmin hər birində istifadəçilərin gündəlik həyatda Google-un köməyinə ehtiyac duyduqları məqamlar çatdırılır.