Park Bulvar ticarət mərkəzində məşhur aparıcı Zaur Baxşəliyev və Procter&Gamble şirkətinin Brüsseldəki innovasiyalar mərkəzində Ariel üzrə ekspert olan Marta Arroyo Ariel-in yeni məsulunu təqdim etdilər. 3d texnologiyası ilə hazırlanmış Ariel Deluxe yuyucu tozu iç-içə keçirilmiş üçqat əlcəyə hopdurulan çuğundur şirəsi, duru yağ və karamel sousundan ibarət çətin ləkəni 45 saniyə içərisində təmizləyərək inanılmaz effekt nümayiş etdirib.


Ariel üzrə ekspert Marta Arroyo yeni məhsulun möcüzə deyil, texnoloji yenilik olduğunu bildirib: “Ariel Deluxe-un ləkələri təmizləməsini 3 mərhələyə bölmək olar: əvvəlcə yuyucu tozun tərkibində 3d texnologiyası ilə təkmilləşdirilmiş aktivləşdiricilər parçanın lifləri arasında məsamələri genişləndirir və nəticədə təmizləyici vasitələr parçanın dərinliyinə daxil olur. Sonra isə tozun tərkibindəki polimerlər parçanın lifləri ilə təmizləyici zərrəciklər arasındakı ziddiyyəti aradan qaldırır. Sonda təmizləyici zərrəciklər asanlıqla çirki parçanın dərinliyindən sorub çıxarır”.


Park Bulvar ticarət mərkəzində keçirilən təqdimat zamanı “Qusursuz təmizlik” facebook səhifəsində keçirilən müsabiqənin və “Ariel Deluxe” online oyunun qaliblərinə paltaryuyan maşın və onlarla Ariel Deluxe yuyucu tozu təqdim edilib.


Ətraflı məlumatı http://www.facebook.com/qusursuztemizlik facebook səhifəsindən də almaq mümkündür.


\"\"


\"\"


\"\"


\"\"