Facemark.az "Öyrənilməsi ən çətin olan dillər" haqqında araşdırma yazını təqdim edir!
Çin dili
Çin dili müxtəlif qaydalara malik bir dildir. Dünya əhalisinin təxminən beşdə biri çin dilində danışır. Ancaq bu dili öyrənmək olduqca çətindir. Yazısı və hərfləri çox fərqli olan Çin dili dünyanın ən çətin dili kimi məşhurlaşmağa müvəffəq olub.
Ərəb dili
Ərəb dili qədim dillərdən biridir. Ərəb dilində hərflər çox vaxt fərqli hərflərə çevrildiyi üçün sözlərin mənaları dəyişə bilir. Geniş bir coğrafiyaya yayılmış bu dil əksər yerlərdə fərqli şəkildə danışılır. Beləliklə, anlaşılması çətin bir dilə çevrildi.
Vyetnam dili
Adından da göründüyü kimi, Vyetnamın milli dili olan Vyetnam dili ən çətin dillərdən biridir. Çin dili ilə oxşar xüsusiyyətlərə malik olan bu dil bir çox söz ehtiyatını Çin dilindən götürmüşdür. O, həm də müxtəlif işarə və intonasiyalara malik bir dildir.
Alban dili
Hind-Avropa dili olan alban dili ilk dəfə Monteneqroda danışılıb. Sonralar İtaliya və Yunanıstanın köhnə icmalarında da danışılmağa başladı. Qədim dil olan alban dili çətin dillərdən biridir.
Yapon dili
Yapon dili Çin dili kimi çox çətin bir dildir. Dünyada 100 milyondan çox insan bu dildə danışır. Mürəkkəb sisteminə görə ən çətin dillərdən birinə çevrilib.
Macar dili
Bu dil Macarıstanın milli dilidir. Ural dil ailəsinə aid olan bu dil Ukrayna, Serbiya, Slovakiya, Rumıniya kimi yerlərdə danışılır. Macar dilində müxtəlif mənalı hərf və sözlərin olması nəticəsində bu dil dünyanın ən çətin dillərindən birinə çevrilib.