“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta”nın gəliri bu ilin ikinci rübündə 11 faiz artaraq 32 milyard dollara çatıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Meta aprel-iyun dövrü üçün esabatını açıqlayıb.
Şirkətin bu ilin ikinci rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 11 artaraq 32 milyard dollara çatıb. Beləliklə, şirkət 2021-ci ilin son rübündən bəri ilk dəfə olaraq ikirəqəmli gəlir artımı sürətini bildirib. Meta 2022-ci ilin eyni dövründə 28,8 milyard dollar gəlir əldə edib. Meta-nın xalis mənfəəti də bu ilin ikinci rübündə 16 faiz artaraq 7,8 milyard dollara çatıb. Şirkət 2022-ci ilin ikinci rübündə 6,7 milyard dollar xalis mənfəət əldə edib.
“Facebook”un gündəlik aktiv istifadəçilərinin sayı illik müqayisədə 5 faiz artaraq iyun ayı üzrə 2,06 milyarda çatıb. Eyni dövrdə sosial şəbəkə saytının aylıq aktiv istifadəçilərinin sayı 3 faiz artaraq 3,03 milyarda çatıb.