Şirkətin ötən il 16,9 milyard dollar gəlir əldə etdiyini nəzərə alsaq, şirkətin gəlirlərinin 50 faiz artdığını söyləyə bilərik.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2 illik gecikmədən sonra Cybertruck üçün istehsala başlayan Tesla, 2023-cü ilin ikinci rübündə qazanc hesabatını paylaşıb. Hesabatdakı məlumatlara görə, Tesla ilin ikinci rübündə 25 milyard dollar gəlir əldə edib.


Bundan əlavə, 2,7 milyard dollar xalis gəlir əldə edən şirkət ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricidə 20 faiz artım əldə edib.