Azərbaycana elektrik avtomobillərinin idxalı 6 dəfə artıb.

Facemark.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, cari ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumilikdə 314 milyon 994 min dollar dəyərində 20799 ədəd avtomobil idxal olunub.


İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 21.6% və ya 3697 ədəd artıb.


Onu da əlavə edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.8 dəfə və ya 338 ədəd avtomobil artıb.