Avropada qazın qiyməti 490 dollardan aşağı enib.
Facemark.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 490 ABŞ dollarından aşağı enib.
İqtisadiyyat.az xəbər verir ki, 12 aprel tarixində may fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 489,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (492,4 dollar) ilə müqayisədə 0,6% azdır.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.