Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının iclasında hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndiyi, KOB-lar arasında münasibətlərin inkişaf etdirilməsi məqsədilə müvafiq qurumların təmaslarının artdığı qeyd edilib.


Facemark.az xəbər veri ki, bu barədə məlumat KOBİA-nın rəsmim saytında qeyd olunub.


Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 19-cu iclası keçirilib.


İclasda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin müsbət dinamikası işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır. Bildirilib ki, hər iki ölkənin iş adamları arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı məqsədilə KOBİA və Qazaxıstanın müvafiq qurumları arasında imzalanmış sənədlər çərçivəsində əməkdaşlıq uğurla davam etdirilir. KOB-lar arasında münasibətlərin inkişaf etdirilməsi məqsədilə Qazaxıstanın əlaqədar təşkilatları ilə təmaslar daha da artır.



Qeyd: Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jamanqarindir.