Toyota 2026-cı ilə qədər 10 yeni elektrik avtomobil modeli hazırlayacaq.Avtomobil istehsalçısının vitse-prezidenti Hiroki Nakajima bildirib ki, satışlar ildə 1,5 milyon ədəd olacaq.


Facemark.az "Marja.az"a istinadən xəbər verir ki, Yaponiyanın aparıcı avtomobil konserni “Toyota Motor” 2026-cı ilə qədər 10 yeni elektrik avtomobil modeli hazırlamaq niyyətindədir.


Marja xəbər verir ki, bu barədə cümə günü Tokioda keçirilən mətbuat konfransında avtomobil istehsalçısının vitse-prezidenti Hiroki Nakacima məlumat verib.


"Biz 2026-cı ilə qədər 10 yeni elektrik avtomobil modelini hazırlamağı planlaşdırırıq. Bu avtomobillərin satış həcminin ildə 1,5 milyon ədəd olması nəzərdə tutulur", - vitse-prezident bildirib.


Avtomobil istehsalçısı daha əvvəl 2026-cı ilə qədər yeni nəsil elektrik avtomobilləri hazırlamağı planlaşdırdığını açıqlamışdı. Bundan əlavə, Toyota 2030-cu ilə qədər Avropada yalnız elektrik və hibrid avtomobillər satmağı qarşısına məqsəd qoyub. Çində o, 2035-ci ilə qədər belə göstəricilərə nail olmaq istəyir.