2023-cü ilin yanvar ayında Azərbaycana 17 milyon 48.9 min dollar dəyərində 69 min 362 ədəd smartfon idxal edilib.


Facemark.az "Apa.az"a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, idxal olunan smartfonların 66%-i Çindən idxal edilib. Belə ki, cari ilin yanvar ayında Çindən Azərbaycana 11 milyon 57 min dollar dəyərində 45 min 743 ədəd smartfon gətirilib.


Qeyd edək ki, Azərbaycana gətirilən smartfonların 15.5%-i ( 10 min 760 ədədi) Hindistandan, 18.5%-i (12 min 858 ədədi) isə Vyetnamdan idxal edilib.