Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.


Facemark.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,03 ABŞ dolları və ya 2,66% artaraq, 78,28 dollar təşkil edib.


Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.