Twitter istifadəçilərinin 1%-dən az hissəsi mavi doğrulama nişanı və bir sıra üstünlüklər təqdim edən Twitter Blue abunəsi üçün ödəniş edir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki , sosial şəbəkə ondan təxminən 11 milyon dollar qazanıb .


Üç ay ərzində mobil cihazlarda 385 000 hesab sahibi ödənişli abunəlikdən yararlanıb, onlardan 246 000-i ABŞ-da yaşayır. Ümumilikdə Twitter-in 238 milyon aktiv istifadəçisi var.


Xərclərə əsasən, sosial şəbəkə üç ayda təxminən 11 milyon dollar qazanıb. Bu məlumatlar onun yaxınlarda istifadəyə verildiyi ölkələri , həmçinin Twitter-in veb versiyasında edilən abunələri nəzərə almır. Adı çəkilən məbləğdən təxminən 8 milyon dollar ABŞ-dan olan istifadəçilərin payına düşür.


Xatırladaq ki, şirkətin sahibi İlon Mask 2028-ci ilə qədər Twitter-in reklam gəlirlərinin 45%-ni, Twitter Blue və digər xidmətlər sayəsində isə 55%-ni alacağını gözləyirdi .