2023-cü ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 648 min barel olub.
Facemark.az "Report.az"a istinadən xəbər verir ki, bunun 531 min barelini xam neft, 117 min barelini isə kondensat təşkil edib.
Bununla da Azərbaycan OPEC kvotasını 77,6 % istifadə edib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.