"Azeri Light" (CIF) adlı Azərbaycan nefti 8%-dən çox ucuzlaşıb.

Facemark.az "Apa.az"a istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,99 ABŞ dolları və ya 8,6% azalaraq, 74,42 dollar təşkil edib.


Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.


2022-ci il ərzində “Azeri Light” (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.