Azərbaycanda təhsil sektoruna kapital cəlb etmək üçün həm ənənəvi, həm də sosial sahibkarlıq prinsipləri transformasiyadan keçməlidir.


Facemark.az "Report.az"a istinadən xəbər verir ki, bunu Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi məqsədilə yaradılmış İnvestor Xəritəsinin təqdimat mərasimində tədqiqat üzrə Türkiyədən olan analitik Yasemin Bitlis deyib.


"Transformasiyadan sonra iş adamları təhsil də daxil olmaqla sosial sahibkarlığı nəzərə ala bilərlər. Bu sahəyə dəstək göstərilməsi üçün hökumət də bu istiqamətdə prinsipləri nəzərdən keçirməlidir. Sahibkarlıq ekosisteminin Azərbaycanda gücləndirilməsi üçün təhsilin qiymətləndirməsi ilə bağlı meyarlara maliyyə və siyasi mexanizmlər inteqrasiya edilə bilər", - deyə o qeyd edib.