2022-ci ildə Azərbaycanda "Yaşıl Kart" satmaq hüququna malik olan sığorta şirkətləri 22 187 müqavilə bağlayıb, 3 milyon 18 min 594 manat sığorta haqqı toplayıb.


Facemark.az "Report.az"a istinadən xəbər verir.


Məlumata görə, bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 37,15 % və 24,6 % çoxdur.


Beləliklə, ötən il hər "Yaşıl Kart"a düşən sığorta haqqı 136 manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 9,2 % azdır.