Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Cəlilabadda ağacəkmə aksiyası keçirilib.


Facemark.az "Report.az"a istinadən xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Cəlilabad Olimpiya İdman kompleksinin həyətində ağacəkmə aksiyası keçirilib.


Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimləri və Cəlilabad OİK-nin əməkdaşları 100 ağac əkib.


Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.


Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.