Məxfilik və təhlükəsizliklə bağlı narahatlıqlara görə proqram hökumətlə əlaqəli bütün mobil cihazlardan silinəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Avropa Komissiyasının əməkdaşlarına keçən həftə şəxsi və korporativ smartfonlarında TikTok tətbiqini silməyi əmr etdikdən sonra Çin sosial media tətbiqinə qadağa Kanadadan gəldi. TikTok Kanadada hökumətlə əlaqəli bütün mobil cihazlardan silinəcək.


Kanada hökuməti adından bir məmur, qərarın ölkənin baş informasiya zabiti tərəfindən nəzərdən keçirildikdən sonra qəbul edildiyini və tətbiqin məxfilik və təhlükəsizlik baxımından qəbuledilməz risk səviyyəsini yaratdığını bildirib. Kanadanın Baş naziri Castin Trudeau təhlükəsizliklə bağlı narahatlıqların qadağanı təmin etmək üçün kifayət etdiyini söyləyib.


Şəxsi məlumatlardan istifadə etdiyinə və Çin dövləti ilə əlaqəsinə görə zaman-zaman tənqid edilən TikTok, keçən il ABŞ-da oxşar qadağa ilə üzləşib və federal işçilərin TikTokdan istifadə etməsi qadağan edilib. Ölkənin bəzi universitetləri də öz şəbəkələrində TikTok-un istifadəsini bloklanıb.


Kanadada hökumətə aid bütün mobil cihazları əhatə edən qadağa bu gün, martın 15-də isə Avropa Komissiyasında başlayacaq.


Kanadada alınan qərarla bağlı açıqlama verən şirkət sözçüsü, qərarın TikTok ilə bağlı heç bir şəxsi təhlükəsizlik narahatlığına istinad edilmədən və onlarla əlaqə saxlamadan verildiyini bildirib.


Məlumatda əlavə edilib ki, tətbiqin məxfiliyi və təhlükəsizliyi necə qoruduğunu müzakirə etmək üçün səlahiyyətlilərlə görüşməyə hazırdırlar.