“ “Nəzarət olunan xarici müəssisə” konsepsiyası daha əvvəllər də mövcud olmuşdur. Bu konsepsiya daha sonra OESD tərəfindən də qəbul olunub. Konsepsiyanın prinsipi və məntiqi çox sadədir. Əgər rezident ölkənin xaricdə törəmə müəssisəsi varsa və o, ofşor zonada yerləşirsə bir çox hallarda onlar gəliri ofşor zonaya köçürürlər və nəticədə vergiyə cəlb olunma aşağı olur. Bunun qarşısının alınması üçün vergi məcəlləsinə BEPS-in planına uyğun olaraq dəyişiklik və əlavələr olunub. Orda qeyd olunub ki, Azərbaycanın rezidenti xarici şirkətdə 50% və daha çox paya sahibdirsə bu testə cavab verən xarici müəssisələr, o cümlədən Azərbaycanda ödənilməli olan verginin xaricdə ödənildiyi vergidən 2 dəfə çox olduğu müəyyən olunarsa bu şirkət nəzarət olunan xarici müəssisə kimi müəyyən olunur”.


Bu sözləri KPMG Azərbaycanın Vergi üzrə meneceri Ülvi Mehrəliyev III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.


Ülvi Mehrəliyevin tam çıxışını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: