"Google" şirkətinin məlumatına əsasən, "Google+" sosial şəbəkəsinin auditoriyası hazırda 135 milyona çatıb. Xatırladaq ki, "Google+" sosial şəbəkəsi 1.5 il bundan əvvəl istifadəyə verilib. Şirkətdən verilmiş məlumata görə, 135 milyon yalnız layihədən real istifadə edənlərin sayıdır. Əgər onun üzərinə "Gmail" və "Google Play" (bütün bu xidmətlər vahid qeydiyyat sisteminə malikdirlər) istifadəçilərini də gəlsək, o zaman bu göstərici 235 milyon təşkil edəcək.