"Son illərdə ölkəmizdə dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatların əsas istiqamətlərindən birini orta müddətli xərclər çərçivəsinin tətbiqini və nəticə əsaslı büdcə müxanizminə keçidi özündə ehtiva edən strateji büdcə planlamasına keçid islahatları təşkil edir. Ümumiyyətlə son on illiklərdə dünyada özəl sektorda olduğu kimi dövlət sektorunda da strateji idarəetmənin, strateji büdcə planlamasının əhəmiyyəti, eləcə də bunu tətbiq edən ölkələrin sayı artmaqdadır. Fransız iş adamı Emmanual Faberin fikrincə, strategiyasız maliyyə sadəcə rəqəmlərdir, maliyyəsiz strategiya isə xəyaldır".


Bu sözləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin direktor müavini Rəşad Həsənov III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.


Rəşad Həsənovun tam çıxışını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: