“Azərbaycanda korporativ istiqraz bazarı hal-hazırda hansı səviyyədədir mövzusunda maraqlı təhlillər aparmışıq. ÜDM-lə (ümumi daxili məhsul) müqayisədə 2021-ci ilin sonunda olan göstərici Azərbaycanda korporativ istiqraz emissiyasının həcmi (birinci emissiya) təxminən ÜDM-in 0,9 faizi həddində müəyyənləşib. Buraya dövlətin buraxdığı ipoteka kağızları da daxildir. Yəni qeyd etdiyimiz 0,9%-in təxminən 0,5-0,6% hissəsi bəlkə də, həmin o ipoteka kağızlarının böyük həcmi tutması nəticəsində əmələ gəlir.


Müqayisə üçün qeyd edim ki, 2021-ci ilin sonunda Qazaxıstanda bu göstərici 3,5% , Türkiyədə isə 3,9 faiz olub. Biz də eyni analogiya ilə inkişaf perspektivini hədəfləyə bilsək ki, heç olmasa yaxın ölkələrin nəticələrinə növbəti 4-5 il ərzində yaxınlaşa bilək. Bu o deməkdir ki, korporativ istiqraz emissiyası son 3-5 il ərzində 4 dəfə artmalıdır”.


Bu sözləri Paşa Kapital İnvestisiya Şirkətinin direktor müavini Ruslan Xəlilov III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.


Ruslan Xəlilovun tam çıxışını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: