Azərbaycan Memarlıq və İnşaat Universitetinin Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasında “Seysmoizoledici qurğusu olan bina və qurğuların zəlzələyə davamlığının tədqiqi” mövzusunda elmi seminar keçirilib.


Facemark.az "Report"-a istinadən xəbər verir!


Seminarda kafedranın əməkdaşları və dəvət edilmış mütəxəssislər iştirak ediblər.


Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasının dosenti Tükəzban Həsənova geniş məruzə ilə çıxış edib. Alim çıxışında dünyanın bir çox ölkələrində baş vermiş zəlzələlərin təsirindən binaların zədələnmə dərəcəsinin müəyyənləşdirilməsi metodlarından, bu istiqamətdə aparılan elmi-tədqiqat işlərindən danışıb. O, qeyd edib ki, binaların zəlzələyə davamlığının qiymətləndirilməsi, karkas binaların hündürlüyünə qoyulan məhdudiyyətlərin araşdırılması hazırda inşaat konstruksiyalarının aktual problemlərindəndir.


Qeyd eək ki, Tükəzban Həsənova məruzəsində karkas binalarla bağlı aparılan elmi-tədqiqat işlərinə də toxunub.