Müasir rəqəmsal dünyada kitablar smartfonlarımıza sığır, lakin kitab mədəniyyətinin göz qabağında olduğu yerlərdən biri də İngiltərədir.


Facemark.az xarici mənbəyə istinadən "Dünyanın ən böyük kitabxanası" mövzusunda araşdırma yazını təqdim edir!


Nə vaxt qurulub?


Dünyanın ən böyük kitabxanası B.Britaniyanın paytaxtı Londonda yerləşir. 1753-cü ildə qurulan Britaniya muzeyinin bir hissəsi olan kitabxana 1972-ci ildə qəbul edilmiş qanunla muzeydən ayrılıb.


Arxivin əhatə dairəsi nə qədərdir?


Kitabxanada kitablar, əlyazmalar, səs yazıları və jurnallardan ibarət təxminən 170 milyon əsər var. Bundan əlavə, 8 milyon marka hissəciklərindən ibarət kolleksiya var. İldə orta hesabla 1,72 milyon ziyarətçiyə ev sahibliyi edən kitabxana hər il 3,1 milyon kitabla arxivini genişləndirir.


Neçə nəfər işləyir?


Dünyanın ən böyük arxivinə malik olan kitabxanada nə qədər adamın işləməsi maraq doğurur. Lakin Britaniya Kitabxanasının internet saytında dərc edilən açıqlama bu marağı üzə çıxarır. Dərc edilmiş hesabata görə, kitabxanada ümumilikdə 163 nəfər çalışır.


Qeyd edək ki, bu kitabxanadakı əsərlər arasında dünyanın ilk çap nəşri olan “Almaz sutra” və rəssam Leonardo Da Vinçinin dəftəri var. Bundan əlavə, bir çox əlyazmalar kitabxanada saxlanılır.