Microsoft şirkəti Bing axtarış sisteminin və süni intellekt əsasında yaradılmış Edge brauzerinin yeni versiyalarını təqdim edib. Onları yeni nəsil dil modeli əsasında yaradılmış Prometheus botu tamamlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, axtarış sistemi 1 min simvola qədər və 100 dildə sorğuları yerinə yetirə biləcək. O, hazır təlimatlar verəcək, həmçinin istifadəçi sorğularına mətn cavabları tərtib edəcək. Məsələn, axtarış sistemi uzun maliyyə hesabatını ümumiləşdirə, əsas nəticələr çıxara və rəqiblə performansını müqayisə edə biləcək.


Əsas yenilik sorğu əsasında aydınlaşdırıcı suallar verə bilən interaktiv chatbotdur. Bu, məsələn, sosial şəbəkələrdə yazı yazmağa da kömək edəcək.


Bing Edge brauzerinin yeni versiyalarında və Windows əməliyyat sistemində köməkçi kimi qurulacaq.


Microsoft süni intellektə böyük sımayə qoyur. Xüsusilə, şirkət 20 ildə ilk dəfə qlobal internet axtarış bazarında Google-dan yan keçə biləcəklərini gözləyir .


Qeyd edək ki, daha əvvəl məlum olmuşdu ki, bunun üçün şirkət İlon Maskın əsasını qoyduğu ChatGPT süni intellektə əsaslanan çat botunun yaradıcısı OpenAI-a 10 milyard dollar sərmayə qoyub .