WWDC-nin süni intellektə əsaslanan versiyası olması gözlənilən "AI Summit" adlı tədbir Apple işçiləri üçün eksklüziv olacaq və fiziki iştirakla baş tutacaq.

Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Apple pandemiyadan əvvəl keçirdiyi tədbirlərə bənzər bir tədbirlə gündəmə gələcək. WWDC-nin süni intellektə əsaslanan versiyası olması gözlənilən "AI Summit" adlı tədbiri Apple işçiləri üçün eksklüziv olacaq və fiziki iştirakla baş tutacaq.


Təxminən 3 il əvvəl həyatımıza daxil olan pandemiya iş dünyasını çox dəyişdi. Böyük şirkətlər pandemiyanın təsirləri keçdikcə köhnə vərdişlərinə qayıdırlar. Apple da digər şirkətlər kimi kimi pandemiya dövründə fiziki fəaliyyətinə son qoyaraq onlayn fəaliyyətə keçmişdi.


Uzun müddətdir ki, yalnız onlayn tədbirlər təşkil edən Apple, son iki tədbirində fiziki qonaqlara icazə verdi.


Əlavə edək ki, Apple bu yaxınlarda pandemiya ilə bağlı siyasətində dəyişiklik edib. İşçilərinin ofislərə qayıtmasını istəyən Apple, pandemiya siyasətini yüngülləşdirdi və Covid-19 test tələbini aradan qaldırdı . Bu dəyişiklik və fiziki olaraq keçiriləcək AI Sammiti, Apple-ın pandemiyadan əvvəlki fəaliyyətlərinə qayıtmasının ilk siqnalları ola bilər. İyun ayında baş tutması gözlənilən WWDC 2023-ün əvvəlki tədbirlər kimi sırf fiziki olaraq baş tutması təəccüblü olmamalıdır.