Son illərdə bir çoxumuz gündəlik həyatımızda Instagram-a çox geniş yer ayırırıq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Türkiyə İnstagramda ən çox vaxt keçirən ölkə olaraq qeydə alınıb. Dünya ortalaması 12 saat ikən, Türkiyədə bu dəfə 21,4 saat olub.


Qlobal İcmal hesabatında İnstaqramda ən çox vaxt keçirən ölkələr də yer alıb. Siyahıda böyük fərqlə Türkiyə birinci olub. Aşağıda digər ölkələrin İnstagramda keçirdikləri ortalama saatlar qeyd olunmuşdur:


Türkiyə – 21,4 saat
Argentina – 17,6 saat
Braziliya - 15,4 saat
Hindistan - 14,9 saat
Dünya üzrə orta – 12 saat
Rusiya - 9,6 saat
Kanada - 9,5 saat
Sinqapur - 9,5 saat
Avstriya – 8,6 saat
Fransa - 8,6 saat
Almaniya - 8,5 saat
Böyük Britaniya – 7,7 saat
ABŞ - 7,7 saat
Meksika - 6,9 saat
Cənubi Koreya - 6,1 saat