PwC-nin 2022 Qlobal İnvestor Sorğusuna əsasən, hər 100 investordan 44-ü iqlim dəyişikliyi ilə mübarizənin şirkətlərin əsas 5 prioritetindən biri olduğunu düşünür.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, beynəlxalq audit və konsaltinq şirkəti PwC 2022 Qlobal İnvestor Sorğunun nəticələrini açıqlayıb. Tədqiqat investorların risk qavrayışını, bazardan və şirkətlərdən gözləntilərini və meyllərini bəlli edir.


PwC-nin 2022 Qlobal İnvestor Sorğusuna əsasən, hər 100 investordan 44-ü iqlim dəyişikliyi ilə mübarizənin şirkətlərin əsas 5 prioritetindən biri olduğunu düşünür. İnvestorların 78%-i şirkətlərin davamlılıq hesabatlarına etibarsız və əsassız iddialar daxil etdiyini düşünsələr də, iqlimlə bağlı tədbirlərə üstünlük verməyə davam edirlər. İqlim dəyişikliyinə diqqəti kommersiya baxımından sərfəli hesab edən investorların ən böyük motivasiyası investisiyanın gəlirliliyini artırmaq və qorumaq, müştərilərin istək və ehtiyaclarına cavab verməkdir.


Sorğuda iştirak edən investorların, demək olar ki, yarısı (44%) şirkətlərin 5 prioritetindən birinin iqlimlə bağlı tədbirlərdən ibarət olmasını təklif edir. Ətraf mühit, sosial və korporativ idarəetmənin (ESG) fəaliyyətinin sosial aspekti investorların prioritet sıralamasında geri qalır.


İnvestorların 27%-i işçilərin sağlamlığının və təhlükəsizliyinin qorunmasına, 25%-i isə işçi qüvvəsinin müxtəlifliyini və inklüzivliyini yaxşılaşdırmağa üstünlük verir.