Facemark.az Ramin Fərəcullayevin "Azərbaycan Telekanallarının Youtube baxışları üzrə illik reytinq cədvəli" haqqında araşdırma yazısını təqdim edir!


2022-ci ili telekanallarımızın "Youtube" kanalları üçün yüksəliş ili olduğunu deyə bilərik. Hər gün daha da artan maraq bir sıra kanalları inkişafına yol açmışdır.


2022-ci il ərzində yerli telekanallarımızın youtube kanalları toplamda 1 milyarddan çox izlənilmişdir.


2022-ci ilin 12 ayının ümumi nəticəsinə əsasən "Xəzər Tv"nin 5 youtube kanalı toplamda 300 milyondan çox izlənərək ilin ən çox izlənən telekanalı olmuşdur. Maraqlı bir statiskanı nəzərinizə çatdırmaq istərdim ki, ilin ilk 7 ayında 191 milyondan bir qədər çox izlənən telekanal son 5 ayda 106 milyondan çox baxış toplamışdır. Bu statiskaya əsasən kanalın son 5 ayda baxış dinamikasında geriləndiyi deyə bilərik.



Qeyd edək ki, il ərzində toplamda 297,6 milyon izlənən "Xəzər Tv"nin 5 "Youtube" kanalı bu baxışın 130 milyonunu telekanalın ən baxımlı layihəsi olan “Komedixana” sayəsində əldə etmişdir.


Reytinq cədvəlinin ikincisi rekord sürətlə böyüyən "Ictimai Tv"dir. Belə ki, 12 ayda 211,4 milyon izlənən İTV, bu baxışın 93,9 milyonunu ilin ilk 7 ayında, geri qalan 117,5 milyonunu isə son 5 ayda əldə etmişdir. 7 aylıq göstəricilərə əsasən reytinq cədvəlinin 4-cüsü olan telekanal 2 pillə irəliləyərək ikinci olmağı bacarmışdır. Beləliklə statiskadan göründüyü kimi son 5 ayda İTV ötən 7 aydan 20 faiz daha çox izlənilmişdir.



Ötən il avqust ayında yəni televiziya mövsümünün sonunda ilin ilk 7 ayının nəticələri üzrə reytinq cədvəlini sizə təqdim etmişdik. Maraqlı olan budur ki, bu reytinq cədvəlini birincisi və üçüncüsü dəyişməsə də, digərləri yer dəyişdirmişdir.


Reytinq cədvəlinin üçüncüsü hazırda 5 "Youtube" kanalına malik "ARB" TV-dir. İl ərzində 3-cü yeri qoruyub saxlayan telekanalın baxış dinamikasına nəzər yetirdikdə bir qədər gerilədiyini deyə bilərik. Belə ki, ilk 7 ayda 103,7 milyon izlənən telekanal son 5 ayda 60 milyon baxış əldə etmişdir.



Reytinq cədvəlinə diqqət yetirdikdə 3 və 4-cü yer sahibləri arasında ortalama 600 min baxış sayı fərqi olduğunu görürük. Reytinq cədvəlinin 4-cüsü ATV ötən televiziya mövsünün son ayına qədər yəni ilin ilk 7 ayında 112,4 milyon izlənilsədə, ilin növbəti 5 ay ərzində bir qədər izlənmə tempi yavaşlayaraq 50,7 milyon baxış sayı toplamışdır.


Reytinq cədvəlinin ilk beşliyini tamamlayan (TOP-5 ) son 5 ayda sürətlə böyüyən “ARB 24” Youtube kanalıdır. İlin ilk 7 ayında 9,7 milyon izlənən "ARB 24" "Youtube" kanalı toplam baxış sayına görə, 10 dəfə yaxın böyüyərək 93,6 milyon baxışla reytinq cədvəlində iki pillə irəliləməyi bacarmışdır.


Yerli kanallar içərisində rus dilində kontent istehsal etməsinə baxmayaraq, ən çox izlənmə əldə edən “CBC TV” il ərzində kifayət qədər uğurlu nəticə göstərdiyini deyə bilərik. 71,9 milyon baxışla reytinq cədvəlində 6-cı yerdə qərarlaşan kanala yerli izləyicilərlə yanaşı rus dilli digər qonşu ölkələrdəndə maraq göstərildiyini deyə bilərik.


Birdaha bu müsbət statistika digər yerli televiziyalarımız üçün rus və ingilis dilində kontent istehsal edilməsinə böyük təlabat olduğu göstərir.


Son illərdə yüksələn xətlə inkişaf edən "AzTV" reytinq cədvəlinin 7-cisi olsada, rəsmi xəbər kontenti istehsalçısı olaraq il ərzində kifayət qədər izləndiyini deyə bilərik. İlk 7 ayda 24,1 milyon, toplamda 59,1 milyon izlənən kanal böyümə sürətinə görə rəqiblərindən geri qalsada, öncəki illərə nəzərən kifayət qədər operativləşdiyini və inkişaf etdiyini deyə bilərik.


Futbol azerkeşlərinin televiziyadan böyük maraqla izlədiyi və reytinq cədvəlinin 8-cisi “CBC SPORT” "Youtube" platformasında qeyri-sabit inkişaf etdiyini deyə bilərik. Belə ki, 2022-ci ilin sentyabr ayında canlı futbol yayımları ilə rekord sayda (69,5 min) abunəçisini artırsada bu uğuru növbəti aylarda davam etdirə bilmədi. İl ərzində toplam 21,9 milyon izlənən kanal bu baxış sayını aylar üzrə bərabər şəkildə deyil aktiv olduğu bir neçə ayda əldə etmişdir.


Cədvəlin son 3-lüyünü təşkil edən "Space" TV, "MTV" və "REAL" TV rəqiblərindən geri qalsalarda ötən ilə nisbətən qismən inkişaf etdiyini deyə bilərik. Baxımlı kontent istehsalı və güclü SEO optimizasiyası ilə hər 3 kanalın inkişaf potensialının olduğunu deyə bilərik.


Bütün "Youtube" kontenti istehsalçıları üçün 2023-cü ilin daha uğurlu olmasını arzu edirik.