İran Mərkəzi Bankının Rusiya ilə xarici ticarət hesablarında dollar, rubl və İran rialı əvəzinə ödəniş vasitəsi kimi qəbul edilə bilən İran bölgəsinə aid spesifik kriptovalyuta yaratmaq imkanını nəzərdən keçirdiyi öyrənilib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Rusiya Kripto Sənayesi və Blokçeyn Assosiasiyasının icraçı direktoru Aleksandr Brajnikov Rusiyanın “Vedomosti” qəzetinə bildirib ki, İran Mərkəzi Bankı dollar, rubl əvəzinə ödəniş vasitəsi kimi qəbul oluna biləcək müəyyən İran regionu kriptovalyutasının yaradılması imkanını nəzərdən keçirir.


Həştərxandakı iqtisadi zonanın bu il İrandan yük qəbuluna başlayacağını xatırladan Brajnikov əlavə edib ki, yeni kripto pulların da bu infrastrukturda istifadə edilməsi planlaşdırılır.