Paylaşılan yeni hesabatlara görə, mobil tətbiqdaxili xərclər 2022-ci ildə 2 faiz azalma ilə 129 milyard dollar olub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, dünyanın ən gəlirli sektorlarından birinə çevrilən mobil oyun və proqramlar dünyası xüsusilə oyundaxili/tətbiqdaxili satınalmalardan çoxlu gəlir gətirir.


Bu xərclərin 83 milyard dollarının "App Store"da edildiyi bildirilərkən, "Android" proqramları 2022-ci ildə istehsalçılarına 46 milyard dollar qazandırıb.