Çin Xalq Bankı öz rəqəmsal valyutasının inkişafı istiqamətində daha bir mühüm addım atıb və mobil telefonlarda istifadə üçün rəqəmsal yuan pul kisəsi tətbiqini istifadəyə verib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "e-CNY" adlı proqram Çin MB rəqəmsal valyuta tədqiqat institutu tərəfindən həm Android, həm də iOS əməliyyat sistemləri üçün hazırlanıb.


Proqramı Android və Apple proqram mağazalarının Çin versiyalarından yükləmək olar.