Sosial media nəhəngi TikTok istifadəçilərə ekran vaxtı üzərində nəzarəti təmin edəcək "Yuxu Xatırlatma" funksiyası üzərində işləyir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, TikTok yeni funksiya üzərində işləyir. "Sleep Reminder" adlı funksiya TikTok istifadəçilərinə adından da göründüyü kimi yuxularını tənzimləməyə kömək edəcək.


Digər tərəfdən, TikTok-un artıq "Sleep Reminder" istisna olmaqla, gənc istifadəçiləri üçün oxşar tətbiqi var. 13-15 yaş arası istifadəçilər, saat 21:00-dan sonra; 16-17 yaş arası istifadəçilər saat 22:00-dan sonra bildiriş almırlar.