Çin, Kovid-19 epidemiyasının başlamasından sonra həyata keçirilən sərhəd nəzarəti tədbirlərinin ləğvi ilə qapılarını dünyaya açıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Çin hakimiyyəti COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən xarici turistlər üçün ölkəyə giriş qadağasını ləğv edib. Eyni zamanda, Çinin şimalda Rusiya, Monqolustan, Qazaxıstan, Myanma, Laos və Vyetnam ilə quru sərhədlərindəki 8 gömrük qapısında sərnişin və yük keçidləri normala dönüb.


Son 20 ildə Çinin ən işlək hava limanı olan Pudong, epidemiyadan əvvəl 2019-cu ildə ildə 39 milyon sərnişinə xidmət göstərdiyi halda, karantin tədbirləri və uçuş məhdudiyyətləri səbəbiylə bu rəqəm 2022-ci ildə 1,64 milyona enmişdir.