Instagram CEO-su Adam Mosseri şirkətin 2023-cü ildə diqqət çəkəcəyi mövzuları açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Mosseri, insanları daha yaradıcı olmağa təşviq etməyə, sevdikləri məzmunu kəşf etmələrini asanlaşdırmağa və insanlar arasında ünsiyyəti asanlaşdırmaq istədiklərini bildirib.


2022-ci ilin əvvəlində video, mesajlaşma, şəffaflıq və məzmun istehsalçılarına diqqət yetirəcəklərini ifadə edən Mosseri, bu sahələrdə mühüm addımlar atdıqlarını ifadə edib.


2022-ci ildə "Instagram"ın aylıq aktiv istifadəçilərinin sayının 2 milyardı keçdiyini açıqlayan Mosseri, bu inkişafın onların üzərinə daha böyük məsuliyyət qoyduğunu bildirib.