Tvitter gəlirlərini artırmaq üçün 2019-cu ildən tətbiq etdiyi siyasi reklam qadağasını aradan qaldırır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İlon Mask tərəfindən satın alındıqdan sonra reklam gəlirlərində azalma yaşayan şirkət, gəlirlərini artırmaq üçün bu qadağanı aradan qaldıracaq.


Şirkətin bazar ertəsi verdiyi açıqlamaya görə, qadağa gələcəkdə aradan qaldırılacaq və eyni prosesdə sosial bərabərlik və iqlim dəyişikliyi kimi müəyyən məqsədlər üçün reklamların normalarında çeviklik ediləcək.