Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Trendyol 3 il ərzində beynəlxalq müştərilərinin sayını 5 milyona çatdırmağı hədəfləyir.


Trendyol CMO-su Erdem İnan: "EMEA regionunda aparıcı e-ticarət şirkəti olmaq üçün çalışırıq. 2023-cü ildə e-ixrac həcmimizi 1 milyard dollara çatdırmağı hədəfləyirik, eyni zamanda Trendyol-da elektron ixracın payını artırmağı planlaşdırırıq. 5 ildə ümumi satışlar yüzdə 33-ə çatıb", - deyə qeyd edib.


Eyni zamanda, 3 il ərzində xaricdəki müştərilərin sayını 5 milyona çatdırmağı hədəflədiyini də qeyd edib.