Çin Milli Statistika İdarəsinin açıqladığı məlumata görə, 2022-ci ildə ölkədə pambıq əkin sahəsi əvvəlki illə müqayisədə 0,9 faiz azalaraq 3 milyon 266 hektara çatıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, pambıq istehsalı 2021-ci ilə nisbətən 4,3 faiz artaraq 5 milyon 977 min tona çatıb.
2022-ci ildə ölkədə pambıq istehsalı əvvəlki illə müqayisədə 246 min ton artıb.