Tvitter İlon Maskın sözünü tutdu; Tvitter Blue, abunəçilərinin uzun videolar paylaşa bilməsi üçün işə başlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, yeni Tvitterin hansı xüsusiyyətlərə sahib olacağı barədə ara-sıra tvitlər atan İlon Mask, noyabr ayında göndərdiyi tvitində gələcəkdə uzun videoların Tvitterdə paylaşıla biləcəyini açıqlamışdı.


Beləliklə, Tvitter artıq 60 dəqiqəlik video paylaşmaq imkanına malikdir. Lakin Maskın söz verdiyi kimi, bu funksiya yalnız Twitter Blue abunəçiləri üçün əlçatandır.