İstehlakçıların Maliyyə Müdafiəsi Bürosundan (CFPB) verilən açıqlamada qeyd olunub ki, bank istehlakçılara 2 milyard dollardan çox təzminat ödəyəcək və qanun pozuntularına görə 1,7 milyard dollar cərimə ödəyəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, açıqlamada bank 16 milyondan çox istehlakçının hesablarına təsir edən qanunsuz fəaliyyəti qeyd olunub.


Wells Fargo açıqlamasında bildirib ki, bank CFPB ilə avtomobil kreditləri, ipoteka və istehlakçı depozit hesabları ilə bağlı məsələləri həll edəcək.