Çinin "Honq-Konq Xüsusi İnzibati Bölgəsi" ABŞ dollarına bağlı məzənnə rejiminə görə eyni nisbətdə göstərici faiz dərəcəsini artırıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Honq Konq pul qurumunun verdiyi açıqlamada, göstərici faiz dərəcəsinin 50 bənd artırılaraq yüzdə 4,75-ə yüksəldiyi bildirilib. "ABŞ Federal Ehtiyat Sistemi" dünən verdiyi qərarla qısamüddətli siyasət faizini 50 baz bəndi artıraraq 4,25-4,50 faiz aralığına çatdırıb.


"FED"in bu il yeddinci faiz artımı qərarından sonra faiz dərəcəsi son 15 ilin ən yüksək səviyyəsinə çatıb.