13 milyon dollarlıq investisiya raunduna "Oxford Science Enterprises" və "Optum Ventures" rəhbərlik edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, psixi və davranış sağlamlığı platforması "BehaVR", psixi sağlamlıq problemlərinə yönəlmiş virtual reallıq platforması olan "OxfordVR" ilə birləşdiklərini açıqlayıb. İki şirkət virtual reallıq platforması kimi "BehaVR" brendi altında xidmət göstərməyə davam edəcək. Bu birləşmə 13 milyon dollarlıq investisiya ilə dəstəkləyib.


İanəçilər arasında "Accenture Ventures", "Confluent Health", "Thornton Capital" və "Chrysalis Ventures" daxildir.