Dünyanın ən populyar sosial media platforması olan "WhatsApp", demək olar ki, hər gün gətirdiyi yeniliklərə yenisini əlavə etməyə hazırlaşır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, istifadəçilərdən gələn sıx tələblərə məhəl qoymayan "WhatsApp", gətirdiyi son yeniləmə sayəsində özünə mesaj göndərmək istəyən hər kəsin yolunu açıb. Hazırda “Android” və “iOS” sistemlərində mövcud olan bu funksiya tezliklə kompüter istifadəçilərinə də təqdim olunacaq.