Şimaldakı soyuq dalğa tələbi artırdığı üçün Avropada qaz qiymətləri artmaqda davam edir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Avropa təbii qaz göstəricisi Hollandiya 1 aylıq təbii qaz qiymətləri yüzdə 5,9 artaraq meqavat saatı 158 avrodan ticarət edilib. Qiymətlər dünən oktyabrın ortalarından bəri ən yüksək səviyyədə olub. Rusiyanın qaz axınının azalması regionda enerji böhranına səbəb olduqdan sonra Avropa rekord həcmdə "LNG" idxal etməyə başlayıb.