"Google", axtarış nəticələrinin daha səhifə-səhifə siyahıya alına bilməyəcəyini açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bütün nəticələr sonsuz sürüşmə ilə bir səhifədə mövcud olacaq. Siz artıq "Google"da axtarış etdiyiniz zaman nəticələr səhifəsini vərəqləmək məcburiyyətində olmayacaqsınız. Normalda 6 səhifə tutan axtarış nəticələri indi bir səhifədə görünəcək.


Bu nəticələrin sonuna çatdığınız zaman "Daha çox" seçimini görəcəksiniz. Bu seçimə kliklədiyiniz zaman "Google" eyni səhifədə müxtəlif axtarış nəticələrini siyahıya alacaq.