"Google"un son açıqlamasına görə, səhifələşdirmə funksiyası artıq axtarış nəticələrində istifadə edilməyəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Google" davamlı sürüşən səhifələri masaüstünə gətirmək üçün doğru vaxt olduğunu elan edib. Bu kontekstdə hər axtarış üçün ilk növbədə 6 səhifədən ibarət tək blok səhifəsi görünəcək. İstifadəçi bu səhifələrin aşağısına doğru sürüşdürdükdə "daha çoxunu gör" düyməsini görəcək və bu düyməni basmaqla digər üzən səhifələrə çatacaq.


Xüsusiyyətin nəhayət masaüstü brauzerlərə gəlməsi internet istifadəçiləri üçün çox əhəmiyyətli bir inkişaf olaraq qəbul edilir.